Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hənəfi, Şafii, Maliki, Hənbəli sünni fiqhinə görə eşşək əti haramdır.
Şiə Cəfəri fiqhinə əsasən eşşək əti yemək məkruhdur, amma haram hesab edilmir. Cəfəri fiqhində ev eşşəyi, at və qatırın əti haram buyrulmur, lakin yeyilməsi şiddətli şəkildə məkruh (bəyənilməyən, xoş olmayan) hesab olunur.
Vəhşi eşşəyin əti (qulan) isə halaldır: Ev eşşəyindən fərqli olaraq daş-qaçaq yaşayan vəhşi eşşəyin (vəhşi ulağın) əti bütün İslam alimlərinə görə halaldır.
Eşşək əti istehlakı dünya miqyasında cəmiyyətdən cəmiyyətə çox dəyişir. Bəzi mədəniyyətlərdə bu növ ət ənənəvi delikates hesab edilsə də, bir çox ölkələrdə demək olar ki, heç vaxt üstünlük verilmir.
Ən çox eşşək əti yeyən ölkələr:
1.Çin,
2.Niger
3.Mali
4.Seneqal
5.Mavritaniya
6.Burkino Faso
7.Argentina
8.Lesoto
9.Efiopiya
10.Pakistan
11.Əlcəzair
12.Sudan
13.Misir
14.Meksika
15.Keniya
16.Çad
17.Tanzaniya
18.Nigeriya
19.Somali
20. Braziliya
Mürtəza