Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yuxular hər kəs üçün fərdi məna daşısa da, diş tökülməsi, hündürlükdən yıxılmaq və kimdənsə qaçmaq kimi yuxular geniş yayılıb. Bu yuxuların mümkün mənalarını birlikdə nəzərdən keçirək.
Yuxuların yozumu uzun illərdir maraq doğurur. Məşhur psixoanalitik Ziqmund Freyd yuxuları şüuraltına aparan “kral yolu” adlandırırdı. Onun fikrincə, yuxular gizli istək və arzuların üzə çıxmasına kömək edə bilər. Bununla belə, müasir nəzəriyyələr yuxuların mütləq gizli mənalar daşıdığı fikrini birmənalı qəbul etmir.
1. Yuxuda yıxılmaq
Bu yuxu həyatda nəzarəti itirmək, uğursuzluq qorxusu və ya mühüm qərarlarla bağlı tərəddüdlərlə əlaqələndirilir.
2. Yuxuda çılpaq olmaq
İnsanların qarşısında çılpaq olduğunu görmək özünü müdafiəsiz hiss etmək, qüsurlarının üzə çıxmasından və başqalarının mühakiməsindən qorxmaq kimi yozulur.
3. Yuxuda kimdənsə qaçmaq
Belə yuxular gündəlik həyatda hansısa problemdən, qorxudan və ya arzuolunmaz vəziyyətdən yayınmaq istəyini əks etdirə bilər.
4. Yuxuda dişlərin tökülməsi
Görünüşlə bağlı narahatlıq, özünəinamın azalması, ünsiyyət çətinliyi və şəxsi gücün itirilməsi hissi ilə əlaqələndirilir.
5. Yuxuda ölmək
Bu yuxu dəyişiklik qorxusu, naməlumluq və həyatın yeni mərhələsinə keçidlə bağlı narahatlıqları ifadə edə bilər.
6. Yuxuda imtahan vermək
Uğursuzluq qorxusu, özünü yetərsiz hiss etmək və qarşıdakı çətinliklərə hazır olmamaq narahatlığını əks etdirə bilər.
7. Yuxuda aldadılmaq
Münasibətlərdə etimad, sədaqət və ünsiyyət problemləri ilə əlaqələndirilir. Lakin belə yuxu xəyanətin real həyatda baş verdiyinə dəlalət etmir.
8. Yuxuda uçmaq
Azadlıq, müstəqillik və məhdudiyyətlərdən qurtulmaq istəyini ifadə edə bilər. Bəzən isə reallıqdan uzaqlaşmaq arzusunu əks etdirir.
9. Yuxuda hamilə olmaq
Yaradıcılıq, yeni ideyalar, şəxsi inkişaf və həyatında yeni bir mərhələnin başlanması ilə əlaqələndirilir.
10. Yuxuda harasa gecikmək
Həddindən artıq məsuliyyət, zaman təzyiqi və mühüm fürsəti qaçırmaq qorxusunu əks etdirə bilər.
11. Yuxuda saç tökülməsi
Özünəinamın azalması, yaşlanmaq qorxusu, xarici görünüşlə bağlı narahatlıq və nəzarəti itirmək hissi ilə əlaqələndirilir.