Ən çox hansı ölkədə falçıya gedirlər? Siyahıda Türkiyə də var

23.11.2026

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Dünyada falçılara və astroloqlara müraciət edən insanların ən çox yaşadığı ölkələrin adları açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, “Pew” Araşdırma Mərkəzinin 2023-2024-cü illər üzrə Qlobal Münasibətlər Sorğusunun nəticələrinə əsasən, 35 ölkə arasında ilk pillədə Cənubi Afrika qərarlaşıb.
Sorğunun nəticələrinə görə, Cənubi Afrikada yetkin əhalinin 47 faizi gələcəklə bağlı məlumat əldə etmək üçün falçılara, ulduz falına və ya digər bu kimi üsullara müraciət edir. İkinci yerdə 45 faiz göstərici ilə Hindistan, üçüncü yerdə isə 29 faizlə Tailand qərarlaşıb.
İlk beşlikdə, həmçinin Keniya (23 faiz) və Filippin (22 faiz) yer alıb.
ABŞ-də bu göstərici 9 faiz təşkil edib. Bununla da ölkə 35 dövlət arasında 27-ci sırada qərarlaşıb. Türkiyədə isə yetkinlərin 7 faizi falçılıq və digər oxşar təcrübələrə müraciət etdiyini bildirib.
Siyahının sonuncu pilləsində Yunanıstan qərarlaşıb. Bu ölkədə müvafiq göstərici cəmi 4 faiz təşkil edib.
Araşdırmada Afrika və Asiya ölkələrinin ön sıralarda yer alması həmin regionlarda falçılıq və astrologiyanın tarixi, mədəni və dini ənənələrlə bağlılığı ilə izah olunur. Belə ki, Afrikanın bəzi bölgələrində falçılıq tarixən mənəvi istiqamət, şəfa və icma qərarlarının qəbul edilməsi vasitələrindən biri olub. Hindistanda isə astroloji məsləhətlər həyatın mühüm qərarları zamanı geniş istifadə olunur.
Qeyd edək ki, mütəxəssislər bu göstəricilərin yalnız təhsil səviyyəsi və ya elmi biliklərlə izah edilməsinin doğru olmadığını bildirirlər. Ənənələr və inanclar da insanların bu cür təcrübələrə münasibətinə təsir göstərən amillər sırasındadır.
Falçılığa və gələcəyi öyrənmək üçün digər üsullara müraciət edənlərin ölkələr üzrə payı:
Cənubi Afrika – 47%
Hindistan – 45%
Tailand – 29%
Keniya – 23%
Filippin – 22%
Cənubi Koreya – 20%
Şri-Lanka – 20%
Nigeriya – 20%
Yaponiya – 19%
Sinqapur – 19%
Macarıstan – 17%
Qana – 16%
Peru – 16%
İsrail – 14%
Argentina – 14%
Çili – 14%
Fransa – 13%
Meksika – 12%
İspaniya – 11%
Avstraliya – 11%
Banqladeş – 11%
Kolumbiya – 11%
Kanada – 10%
Polşa – 10%
Malayziya – 10%
Braziliya – 10%
ABŞ – 9%
İtaliya – 9%
Niderland – 9%
Birləşmiş Krallıq – 8%
Almaniya – 7%
İsveç – 7%
İndoneziya – 7%
Türkiyə – 7%
Yunanıstan – 4%
Murad Məmmədov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью