Ən çox izlənən proqramlar açıqlandı

11.07.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

2025-ci ilin ikinci rübü ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

Statistikaya əsasən, açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü aşağıdakı kimidir:

24,5% - informasiya və analitik proqramlar

16,4% - musiqi və əyləncəli proqramlar

15,8% - idman proqramları

12,0% - bədii filmlər və seriallar

11,8% - reklam məzmunlu materiallar

8,3% - mədəni-maarif janrında proqramlar

3,6% - anonslar, elanlar

3,3% - sosial proqramlar

2,3% - sənədli film və materiallar

1,1% - sosial çarxlar

0,9% - uşaq proqramları və cizgi filmləri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью