Ən çox izlənilən idman hadisəsi oldu

20.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Əfsanəvi boksçu Mayk Tayson və bloger Ceyk Poll arasında keçirilən döyüş 2024-cü il üçün döyüş idmanlarında ən populyar hadisə olub. 

“Qafqazinfo” xəbər verir ki, “Netflix”in məlumatına görə, döyüş 108 milyondan çox izləyici cəlb edib.

Təkcə ABŞ-də eyni vaxtda 38 milyon baxış qeydə alınıb.

“Tvision” analitik şirkəti qeyd edib ki, ABŞ-də həmin gün televiziyaya baxanların 56%-i bu mübarizə ilə bağlı olub.

Xatırladaq ki, Ceyk Poll noyabrın 16-da rinqdə M. Taysonu məğlub edib. 8 raund davam edən görüş C.Pollun 79:73 hesablı qələbəsi ilə bitib.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью