Azpost saytından alınan məlumata görə, Icma.az bildirir. Məlum olduğu kimi son dövrlər dələduzluq faktlarının sayı sürətlə artmaqdadır.
Əhalinin kibertəhlükəsizlik mövuzusunda maarifləndirilməsi yönündə banklar, eləcə də Azərbaycan Banklar Assosiasiyası və Daxili İşlər Nazirliyi tərəfindən bir çox maarifləndirmə tədbirləri həyata keçirilsə də kiberdələduzların qurbanı olan insanların sayı olduqca çoxdur.
AzPost xəbər verir ki, Kapital Bank-ın rəsmi saytında yayımlanmış məqalədə də etiraf olunur ki, 5 milyondan çox müştərisi olan bankın adı kiberdələduzluqda daha çox hallanır.
Bildirilir ki, müştərilərin çoxluğunu və ölkə əhalisinin böyük əksəriyyətində banka məxsus kartların olduğunu fürsət bilən dələduzlar müxtəlif yollarla müştəriləri aldatmağa və vəsaitlərini mənimsəməyə çalışırlar.
O da qeyd olunur ki, şəxsi məlumatların müştəri tərəfindən ötürüldüyü çox az hallarda oğurlanmış vəsaitin bərpası mümkün olur.
Bankın rəsmi məlumatlarına görə 2024-cü ildə Kapital Banka müraciət edən 141 616 unikal müştərinin 198 734 əməliyyatı dələduzluq əməliyyatı olduğu üçün bloklanıb.
Bu, 2023-cü illə müqayisədə 2 dəfə çox müştəridə dələduzluq halının qarşısının alınması deməkdir.
Belə ki, 2023-cü ildə bu say 72 000 nəfər olub. Mütəxəssislər hesab edir ki, daha çox təqaüdçü və büdcədən maaş alanlarda olan Kapital Bank