Icma.az, Qol.az saytına istinadən bildirir.
ABŞ polisi və Federal Təhqiqat Bürosu (FBI) 2026-cı il dünya çempionatı zamanı üzləşdikləri təhdidlərlə bağlı məlumatları açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Bildirilir ki, ən çox təhdid Argentina millisinin kapitanı Lionel Messiyə qarşı olub.
Argentina - İordaniya (3:1) matçından əvvəl bir şəxs Dallas hava limanına zəng edərək iki nəfərlə birlikdə stadionu partlayıcı və tüfənglərlə basacağını və Messini öldürəcəyini bildirib. Argentina - Misir (3:2) oyunundan əvvəl isə sosial şəbəkələrdə Messini bədəninə bağladığı dörd bomba ilə partlatmaqla hədələyən şəxs olub. Stadionun zibil qutularında üç bomba olması barədə məlumat da daxil olub, lakin axtarış zamanı bunun yalan olduğu müəyyənləşib.
Portuqaliya millisinin lideri Kriştiano Ronaldoya qarşı da təhdid qeydə alınıb. Komandanın Hyustondakı otelində şübhəli şəxs Ronaldonun harada olduğunu öyrənməyə çalışıb. FBI-nin məlumatından iki gün sonra həmin şəxs oteldə polis tərəfindən saxlanılıb. Oxşar hadisə Torontoda da baş verib. Başqa bir şəxs Ronaldonun olduğu liftə daxil olmağa çalışıb.
Argentina - Misir matçının baş hakimi Fransua Leteksye isə messencerlərdən birində 6 mindən çox təhdid alıb. VAR hakimi Villi Delajo da analoji təhdidlərlə üzləşib. Bundan sonra Fransada onların evləri və ailələri üçün təhlükəsizlik tədbirləri gücləndirilib.