Ən çox müavini olan icra başçısı odur (SİYAHI)

26.01.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin nümunəvi strukturu və ştat vahidlərinə əsasən, ən az və ən çox müavini olan icra başçıları açıqlanıb.

İqtisadiyyat.az bununla bağlı qısa araşdırma aparıb.

Məlum olub ki, ölkəmizin Şuşa, Naftalan, Culfa, Kəngərli, Sədərək, Zəngilan, Cəbrayıl, Siyəzən, Xocavənd, Xocalı, Xızı və Qobustan rayonlarının icra hakimiyyətlərində birinci müavin postu mövcud deyil. Şuşada cəmi bir müavin, digərlərində isə iki müavin postu vardır.

Paytaxtın 12 rayonunda və ölkənin əksər rayonlarında icra başçılarının müavini postunun sayı üçdür. Onlardan ilki birinci müavin, ikincisi Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, üçüncüsü isə Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən müavindir. 

Buraya Naxçıvan, Ordubad, Babək, Abşeron, Lənkəran, Şəki, Yelvax, Mingəçevir, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Zərdab, Astara, Zaqatala, Yardımlı, Balakən, Ucar, Beyləqan, Tovuz, Tərtər, Bərdə, Biləsuvar, Şəmkir, Cəlilabad, Daşkəsən, Füzuli, Şamaxı, Şirvan, Şabran, Samux, Gədəbəy, Salyan, Sabirabad, İmişli, Oğuz, Neftçala, Masallı, İsmayıllı, Lerik, Kəlbəcər, Laçın, Kürdəmir, Qusar, Qax, Qubadlı, Xaçmaz, Quba, Hacıqabul, Göygöl, Göyçay, Qəbələ, Goranboy rayonları aiddir.

Ölkənin ən böyük şəhəri olan Bakının icra hakimiyyətində isə başçının cəmi dörd müavin postu mövcuddur.

İcra başçısının ən çox müavini olan şəhərə gəldikdə onların sayı ikidir. Belə ki, Sumqayıt və Gəncə Şəhər İcra Hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı beşdir.

Qeyd edək ki, Azərbaycanın şəhər və rayon icra hakimiyyətlərinin yeni nümunəvi strukturu və ştat vahidlərinə əsasən, bəzi icra hakimiyyətlərində vəzifələrin sayında dəyişiklik edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью