Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pensiyaçılar artan pensiyalarını yanvar ayının artımı da daxil olmaqla yanvar-fevral ayları üzrə artan məbləği birlikdə fevral ayında alacaqlar.
Modern.az xəbər verir k, bunu deputat Əli Məsimli bildirib.
"Yəni pensiyası 400 manat olan pensiyaçının pensiyası 37 manata yaxın artaraq 437 manata çatacaq. Amma o, fevralda həm yanvar və həm də fevral ayının artmlarını birlikdə olmaqla 474 manat alacaq. Növbəti aydan, yəni martdan başlayaraq isə 437 manata yaxın pensiya alacaq”- deyə o qeyd edib.
Bildirilib ki, bu il əmək pensiyalarında artım 9 faiz ətrafında, vətəndaşların fərdi hesabında olan pensiya kapitalının artımı isə 5,6 faiz olacaq. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birlikdə ödəniləcək.