Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Son illər Azərbaycana gətirilən Çin avtomobil modellərinin sayı sürətlə artsa da, ancaq hər bir marka eyni keyfiyyət standartına malik deyil. Ötən il və 2026-cı ilin bazar müşahidələri, həmçinin, istifadəçi rəyləri onu deməyə əsas verir ki, Azərbaycana gətirilən Çin avtomobillərinin heç də hamısı keyfiyyətli deyil.
Ümumiyyətlə, bəzi Çin modelləri və markaları Azərbaycan alıcıları üçün hələ də "lotereya" olaraq qalır. Keyfiyyətsiz hesab edilən və sahibinə ciddi problemlər yaradan bəzi Çin brendlərində texnoloji cəhətdən zəif və ya sınaqdan keçməmiş aqreqatlardan istifadə edilir.
Azərbaycana rəsmi diler tərəfindən gətirilməyən, yalnız Çin daxili bazarı üçün nəzərdə tutulmuş bu modellərin proqram təminatı da Çin dilində olur, yerli yanacaq və iqlim şəraitinə uyğunlaşdırılmayıb.
Bundan əlavə, bu maşınların ehtiyat hissələri tapılmayır, hər ay açılıb, bağlanır, Azərbaycan bazarında isə bu markaların arxasında güclü servis şəbəkəsi yoxdur. Ona görə də hər hansı bir hissəsi xarab olduqda, aylarla gözləmək məcburiyyətində qala bilərsiniz...
Demokrat.az sözügedən avtomobil modellərinin siyahısını təqdim edir:
— Jetour (xüsusilə, Jetour X70). Bu model "Chery" qrupuna daxil olsa da, bəzi reytinqlərdə etibarlılıq və yığım keyfiyyəti baxımından ən aşağı yerlərdə qərarlaşıb.
— Baojun və BAIC: Bu markaların bəzi modellərində asqı sisteminin zəifliyi və tez sıradan çıxan elektronika hissələri haqqında çoxsaylı şikayətlər var. Ona görə də bu avtomobilləri alarkən ikiqat ehtiyatlı olmalısınız...
— Lifan: Azərbaycanda bir vaxtlar məşhur olsa da, paslanmaya qarşı həddindən artıq dözümsüzlüyü və mühərrik resursunun azlığı ilə mənfi reputasiya qazanıb.
— GAC GS4 və Jetta VS7 ("Volkswagen"lə birgə müəssisə olsa da) kimi modellər metalın incəliyi və paslanmaya qarşı zəif müqaviməti ilə tez-tez tənqid olunur. Bu modellər korroziyaya meyillidir. Ən çox rast gəlinən "xroniki" problemlər isə robot sürətlər qutusu (DCT) ilə bağlıdır. Çünki bu sürətlər qutusu olan modellər xüsusilə tıxaclarda sürücülərə qızma və gecikmə problemləri yaşadır. Eyni zamanda, həmin avtomobillərin ekranlarının donması, naviqasiya sisteminin Azərbaycan xəritələrini dəstəkləməməsi və sistemin qəfil sönməsi kimi problemləri də mövcuddur. Bir çox Çin mühərriki 1.5 turbo olduğu üçün yüksək oktanlı yanacaq (95 Premium) tələb edir. 92 ilə sürülən turbo mühərriklər 50-70 min km-dən sonra ciddi problemlər yaradır.
Ancaq yuxarıda adları qeyd olunan problemli markalarla yanaşı, hazırda Çinin BYD, Changan və Haval kimi modelləri artıq həm keyfiyyət reytinqlərində, həm də servis şəbəkəsində müsbət imic qazanmağa başlayıb.
Kənan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Ümumiyyətlə, bəzi Çin modelləri və markaları Azərbaycan alıcıları üçün hələ də "lotereya" olaraq qalır. Keyfiyyətsiz hesab edilən və sahibinə ciddi problemlər yaradan bəzi Çin brendlərində texnoloji cəhətdən zəif və ya sınaqdan keçməmiş aqreqatlardan istifadə edilir.