Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
...SİA-nın əldə etdiyi məlumata görə, “Variety” jurnalı ən yüksək maaş alan televiziya aktyorlarının reytinqini dərc edib və serial layihələrinin dörd aparıcı ulduzunun hər epizod üçün təxminən 2 milyon dollar qazandığı qeyd edilib.
Bunlara “Səhər şousu” üçün Cennifer Eniston və Riz Uizerspun, “Terminal siyahısı” üçün Kris Pratt və “Tulsa Kinq” üçün Silvestr Stallone daxildir.
...İkinci pillədə hər epizod üçün 1,1 milyon dollardan 1,4 milyon dollar alan aktyorlar qərarlaşıb.
Onların arasında:
-Kenneth Branaa – “Laird” üçün təxminən 1,4 milyon dollar;
-Harrison Ford və Jason Segel - "Shrinking" üçün hər biri 1,3 milyon dollar;
-Kelli Reyli və Koul Hauser - "Yellowstone" spin-offu "Dutton Ranch" üçün hər biri 1,2 milyon dollar;
0Elizabet Moss - "Shining Girls" üçün təxminən 1,1 milyon dollar qazanırlar.
Digər böyük bir seqment aktyorlardır və onlar hər epizod üçün təxminən 1 milyon dollar qazanırlar. Bu kateqoriyaya Zendaya (Euphoria), Nikolas Keyc (Spider-Noir), Selena Qomez, Stiv Martin və Martin Şort (The Killings), Cenifer Qarner (Five Star Weekend), Ceyk Cillenhol (Presumed Innocent), Robert De Niro (Day Zero), Alan Riçson (Reacher) və gözlənilən "Wild Things" serialı üçün Endryu Qarfild və Cud Lou daxildir.
…Variety qeyd edir ki, bu məbləğlərə yalnız aktyor maaşları deyil, həm də prodüser haqları və bonuslar da daxildir.
Bu cür ödənişlər əsasən tamaşaçıları cəlb edə bilən ulduzlara fayda verir, bazar isə orta səviyyəli aktyorlar üçün çətin olaraq qalır.
Nazlı Almuradova