Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı ilin ilk yarısında qlobal smartfon bazarında azalma müşahidə olunub.
"Cebheinfo.az" xəbər verir ki, buna baxmayaraq, “Samsung” dünya üzrə ən çox smartfon satan şirkət olaraq liderliyini qoruyub.
“Counterpoint Research”-in yaydığı qlobal bazar analizinə görə, 2026-cı ilin ikinci rübündə smartfon tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalıb.
Bazarın ümumi daralmasına baxmayaraq, “Samsung”-un satışları illik müqayisədə 9 faiz artıb. Şirkət 22 faizlik bazar payı ilə dünya smartfon bazarında birinci yeri tutub.
Bu nəticədə şirkətin münasib qiymət siyasəti və bazardakı rəqabət əsas amillərdən olub. “Apple” isə 21 faizlik bazar payı ilə ikinci yerdə qərarlaşıb. Şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb. Bu artımda “iPhone 17” seriyasının satışları da rol oynayıb. “Xiaomi” 11 faizlik bazar payı ilə üçüncü yerdə olub. Şirkətin satışları isə yaddaş komponentlərinin bahalaşması fonunda 26 faiz azalıb. “Oppo” 10 faizlik bazar payı ilə dördüncü, “Vivo” isə 8 faizlik payla beşinci sırada qərarlaşıb. Beləliklə, qlobal smartfon bazarı kiçilsə də, “Samsung” və “Apple” satışlarını artıraraq bazardakı mövqelərini qoruyub. “Xiaomi”, “Oppo” və “Vivo” isə ilk beşlikdə yer alıb.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin