Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Mülki təyyarə dedikdə ilk ağla gələn “Airbus” və “Boeing” olur. Lakin mülki təyyarələr təkcə böyük laynerlərdən ibarət deyil. Bura ümumi təyinatlı təyyarələr və biznes aviasiyası da daxildir.
Avtosfer.az xəbər verir ki, 2025-ci ildə istehsal tempinə görə lider 793 təyyarə ilə “Airbus” olub. İkinci yerdə 600 laynerlə “Boeing” qərarlaşıb.
Lakin bu statistika yarışda Fransanın ABŞ-ni üstələdiyi anlamına gəlmir. Ötən il ABŞ-də 2485 hava gəmisi istehsal edilib. Bunlardan 600 ədədi “Boeing”, 797 ədədi “Cirrus”, 639 ədədi “Textron Aviation”, 158 ədədi “Gulfstream” və 291-i “Piper”dir.
Fransa isə 960 təyyarə ilə ikinci yerdə qərarlaşıb. Bunlardan 793 ədədi “Airbus”, 76 ədədi “Daher”, 37 ədədi “Dassault”, 32 ədədi ATR və 22-si “Elixir” olub.
Üçüncü yerdə 235 ədəd “Diamond Aircraft”la Avstriya qərarlaşıb.
Braziliyanən təyyarə istehsalçısı olduğunu çox adam bilmir. Halbuki, ötən il ölkədə 78 ədəd “Embraer Commercial” və 155 ədəd “Exclusive Jets” istehsal edilib. “Exclusive Jets” şirkəti “Embraer”in bölməsi olub biznes sinif jetlərin istehsalı ilə məşğuldur.
Beşlikdə sonuncu yeri 219 təyyarə ilə İtaliya bağlayır (216 ədəd “Tecnam” və 3 ədəd “Piaggio”). Onluqdakı digər ölkələr Kanada (157 ədəd), İsveçrə (132), Sloveniya (53), Çin (30) və Yaponiya (12) yer alır.
Vüqar