Ən çox uzun müddət evli olanlar boşanır STATİSTİKA | Icma.az
Icma.az, Sfera.az saytına istinadən bildirir. Ölkəmizdə hər keçə il nikah saylarının azalması ilə yanaşı boşanma sayları da artmağa davam ed
Dövlət Statistika Komitəsinin 2023-cü il statistikasına əsasən, ölkəmizdə həmin il 21 688 boşanma sayı qeydə alınıb.
Sfera.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə 18-19 yaşlı evli tərəflər arasında isə 4 boşanma halı qeyd alınıb kimi ki, bu da evlilik müddəti 5 ilə qədər davam edən cütlükləri əhatə edir.
Nikahın davametmə müddətinə görə ölkəmizdə ən çox boşanma evlilik müddəti 10-19 ili əhatə edən cütlüklər arasında baş tutub.
Belə ki, 5 ilə qədər evli qalaraq boşananların ümumi sayı 5814, evlilik müddəti 5-9 il olanlar arasında boşanma sayı 5805 nəfəri əhatə edir, evlilik müddəti 10-19 il olan cütlüklər arasında boşanma sayı isə 7735-dir.
Boşananların ümumi statistikası içərisində ən az boşananalar evlilik müddəti 20 il və daha çox olanlardır.
10-19 il müddətinə evli olanlar arasında ən çox boşananlar 35-39, 40-44 yaşlı cütlüklərdir.
Evlilik müddəti 5 ilə qədər, həmçinin 5-9 il olan cütlüklər arasında 30-34 yaşlı cütlüklər daha çox boşanıb.
Tam oxu
Xəbəri oxu