Icma.az bildirir, 525.az portalına istinadən.
“MDB məkanında universitetlərin korrupsiya vəziyyətinə görə Azərbaycan təhsil üçün arzuolunan ölkə hesab edilir. Son illərdə Azərbaycan Dövlət universitetlərində korrupsiya vəziyyəti yox səviyyəsindədir. Universitetlərə qəbul və semestr imtahanlarının keçirilməsi tam şəffaf qiymətləndirilir”.
Təhsil eksperti Ramin Nurullayev bunu 525.az-a bildirib. Onun sözlərinə görə, son illərdə Rusiya, Qazaxıstan və Belarusdan sonra ən çox xarici tələbə axını Azərbaycan universitetlərinədir. İkili diplom proqramına görə Azərbaycan universitetləri MDB ölkələrinə görə ilk 3 dədir:
“Ən çox xarici ölkə universitetləri ilə əməkdaşlığa görə Azərbaycan universitetləri ilk 3 də göstərilir. Bütün bunlar dövlətin təhsilə verdiyi diqqət və qayğıdan irəli gəlir”.
Sevinc Qarayeva