Icma.az, Konkret.az portalına istinadən məlumat yayır. I.YALAN və YALTAQLIQ (Nəzəri təhlil) Yalan səhv və yanlışdan fərqli olaraq, qəsdən de
ENSKLOPEDİYA Son zamanlar cəmiyyətdə yalan və yaltaqlığın baş alıb getməsini mətbuatdan sosial şəbəkələrə kimi – hamı deyir, tənqid edir.
Amma yalan da, yaltaqlıq da, sanki bunların acığına alaq otu kimi sürətlə artır, hər yerə yayılır.
Təbii ki, öz-özünə yaranmır, bunun obyektiv və subyektiv səbəbləri var… Düşünürəm ki, əsas obyektiv səbəbi cəmiyyətdə axtarmaq lazımdır: azadlıq az, qorxu çox olan yerdə yalan hakim olur, yalan olan yerdə də yaltaqlıq çoxalır.
Zira, yaltaqlıq yalanın məqsədli və ziyanlı formalarından biridir, faktiki olaraq, konkret məqsədə çatmaq üçün deyilən yalan tərifdir.
Doğrudur, konkret məqsədi olmayan yalanlar olur, amma konkret məqsədi olmayan yaltaqlıq olmur.
Məsələn, TV-də 70 yaşlı qocanın əlinə silah götürüb Vətən müharibəsinə “getməsi” məqsədsiz, 70 yaşlı qarının öz canını yüksək çinli məmura – icra başçısına qurban “verməsi” isə, məqsədli yalandır.
Hər iki halda bu adamlar yalan deyirlər, ən azı bu yolla gündəmə gəlmək istəyirlər… Qədim mənbələrdə – “Kəlilə və Dimnə”də və “Qabusnamə”də deyilir ki, yalan danışmaq əqlin yox, iradənin zəifliyinə dəlalət edir.