Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Astrologiyada kaprizləri və dramatik xüsusiyyətləri ilə seçilən bürc sahiblərinin adları məlum olub. Bu bürclər münasibətlərdə ən kiçik narazılığı belə böyük incikliyə çevirə bilirlər. Ətrafındakı insanlardan daimi diqqət və xüsusi yanaşma tələb edən iki bürcün xarakterik cəhətləri açıqlanıb.
Demokrat.az xəbər verir ki, siyahıda ilk sırada Şir bürcü qərarlaşıb. Həyatı böyük səhnə kimi görən bu bürcün nümayəndələri diqqət mərkəzində olmadıqda və ya tənqid edildikdə dərhal dramatik reaksiya göstərirlər. Onların incidilmiş qürurunu bərpa etmək və nazını çəkmək yaxınları üçün çətin prosesə çevrilir. Şir bürcləri ilə ünsiyyəti qorumaq üçün onlara tez-tez xoş sözlər demək və uğurlarını təqdir etmək lazımdır.
Digər çətin bürc isə Xərçəngdir. Xaricdən sakit və həssas görünən bu bürcün nümayəndələri küsmək və naz etmək məsələsində tam peşəkardırlar. Adi səs tonunun dəyişməsindən belə küsən Xərçəng bürclərinin narazılığı günlərlə davam edə bilər. Onlar səssiz etirazlar və giley-güzarla qarşı tərəfi çətin vəziyyətdə qoyurlar.
Bu bürclərlə mübarizə aparmaq yerinə, onların davranışlarının səbəbini anlamaq lazımdır. Şir bürcünün reaksiyalarının arxasında qəbul olunmaq, Xərçəngin kaprizlərinin arxasında isə sadəcə özünü güvəndə hiss etmək istəyi dayanır. Onlarla məntiqlə mübahisə etmək əvəzinə, sakit qalmaq və hisslərini başa düşdüyünü nümayiş etdirmək ən doğru yoldur.
Aytən
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, siyahıda ilk sırada Şir bürcü qərarlaşıb. Həyatı böyük səhnə kimi görən bu bürcün nümayəndələri diqqət mərkəzində olmadıqda və ya tənqid edildikdə dərhal dramatik reaksiya göstərirlər. Onların incidilmiş qürurunu bərpa etmək və nazını çəkmək yaxınları üçün çətin prosesə çevrilir. Şir bürcləri ilə ünsiyyəti qorumaq üçün onlara tez-tez xoş sözlər demək və uğurlarını təqdir etmək lazımdır.