Ən dürüst 5 BÜRC Əsla yalan danışmırlar

06.06.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi insanlar nə düşünürlərsə, onu deməkdən çəkinməzlər. Onlar duyğularını gizlətməkdənsə, açıq şəkildə ifadə etməyi üstün tuturlar. Astrologiyada da bəzi bürclər dürüstlükləri və səmimi davranışları ilə seçilirlər. 

News24.az Türkiyə KİV-ə istinadən həmin bürcləri təqdim edir. 

Qoç

Qoç bürcü təbiliyi və açıq davranışları ilə tanınır. O nə düşünürsə, birbaşa ifadə edir.  Dürüstlük onlar üçün bir dəyər deyil, sanki refleks kimidir. Bu səbəbdən bəzən düşünmədən danışırmış kimi görünsələr də, əslində səmimiyyətləri daha çox nəzərə çarpır.

Qız 

Qız bürcü dürüstlükdən əsla imtina etməz. Tənqidləri adətən yerində və əsaslı olur, lakin bəzən çox açıq və sərt ola bilərlər. Qarşısındakı insana həqiqətən kömək etmək istədikləri üçün sözləri dolaşdırmazlar. Əgər nəyinsə yanlış və ya natamam olduğunu düşünürlərsə, bunu açıq şəkildə dilə gətirirlər.

Oxatan 

Oxatan bürcü azadlığa düşkündür və bu azadlıq anlayışı düşüncələrini ifadə tərzinə də əks olunur. Nə hiss edirsə, hansı fikirdədirsə, çəkinmədən paylaşır. Bu, bəzən anlaşılmazlıqlara səbəb olsa da, dürüstlükdən əsla geri addım atmazlar. Onlar üçün səmimiyyət sosial münasibətlərin əsasını təşkil edir.

Oğlaq

Oğlaq  bürcü məntiqli və ciddi xarakteri ilə tanınır. Hadisələrə emosional deyil, realist yanaşar. Bu səbəbdən eşitmək istəmədiyiniz sözləri sizə ən sadə formada deyə bilərlər. Sözləri dolaşdırmağı sevməzlər, çünki aydınlığa böyük önəm verirlər. Bu da onları olduqca etibarlı edir.

Buğa 

Sonuncu olaraq isə Buğa bürcü səbirli və sakit xarakterə malikdir, amma dürüstlükdən əsla imtina etməz. Qarşısındakını incitməmək üçün bəzən sözlərini seçməyə çalışsa da, mahiyyəti gizlətməz. Xüsusilə dəyər verdikləri insanlara qarşı açıq və şəffaf olmağa çalışırlar. Həqiqətləri gizlətmək onlar üçün narahatlıq səbəbidir./Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью