Ən etibarlı 10 ailəvi krossover açıqlandı Yolda qoymur

04.11.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Avtomobil sahəsində tanınmış britaniyalı "WhatCar" jurnalı ən etibarlı ailəvi krossoverlərin siyahısını açıqlayıb.

Milli.Az xəbər verir ki, siyahı istifadə olunmuş avtomobillərin etibarlılıq göstəricilərinə əsaslanır.

Birinci yerdə Vauxhall Grandland (Almaniyada Opel Grandland adı ilə satılır) qərarlaşıb. EMP2 platformasında qurulan model 99,6 faizlik etibarlılıq göstəricisi ilə lider olub. Sorğuda iştirak edən sürücülərin cəmi 4 faizi son iki ildə nasazlıqla qarşılaşıb.

İkinci yeri 99,2 faiz etibarlılıqla Toyota RAV4 Plug-in Hybrid, üçüncü yeri isə 99 faizlik nəticə ilə Porsche Macan tutub.

Reytinqin davamında bu modellər yer alıb:

Kia Niro (2022) - 99 faiz Toyota RAV4 Hybrid (2019) - 98,9 faiz Mazda CX-5 (2017) - 98,4 faiz Nissan Qashqai (2014) - 98,3 faiz Lexus UX (2019) - 98 faiz Skoda Kodiaq (2016) - 97,8 faiz Renault Scenic E-Tech (2023) - 97,5 faiz

Qeyd edək ki, bundan əvvəl WhatCar Toyota markasının ən az etibarlı modellərini də açıqlamışdı. Siyahıda GR Supra ən problemli model kimi göstərilib. Həmçinin Toyota bZ4X yeni modellər arasında ən az etibarlı avtomobil sayılıb.

İsmayıl
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью