Ən etibarlı avtomobil markaları REYTİNQ

17.12.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın “Consumer Reports” jurnalı avtomobil markalarının etibarlılığı üzrə illik reytinqini dərc edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, reytinqdə birinci yeri Toyota 66 bal etibarlılıq indeksi ilə tutub. İkinci pillədə Subaru (63 bal), üçüncü yerdə isə Lexus (60 bal) qərarlaşıb. İlk beşliyə həmçinin Honda (59) və BMW (58) daxil olub.

Siyahının aşağı hissəsində isə yeni platforma və texnologiyaları aktiv şəkildə tətbiq edən markalar yer alıb. Xüsusilə Jeep (28 bal), Ram (26 bal) və Rivian (24 bal) son sıralarda qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью