Ən faydalı sıyığ hansıdır?

20.10.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Şef Qleb Astafyev ruslara sağlamlığa ən faydalı sıyığı açıqlayıb.

Redaktor.az xəbər verir ki, onun  fikirləri aif.ru nəşrində dərc olunub.

Astafyevin sözlərinə görə, sağlamlıq üçün ən yaxşı sıyıqlardan biri arpa sıyığıdır. Bu yemək üçün istifadə olunan arpa dənələrində çoxlu lif və qiymətli maddələr var, həm də aşağı kalorili hesab olunur.

“O, çox faydalıdır, çünki minimal emal olunur,” - deyə şef izah edib.

O, manq sıyığından imtina etməyi tövsiyə edib. Astafyevin sözlərinə görə, bu məhsulun tərkibində nişastadan başqa demək olar ki, heç nə yoxdur, buna görə də yalnız müxtəlif yeməklərin hazırlanmasında qatılaşdırıcı kimi istifadə oluna bilər. Şef vurğulayıb ki, manq sıyığı əslində dən deyil, iri üyüdülmüş təmizlənmiş un olub və onun hazırlanması aclıq dövrlərində və distrofiyanın müalicəsi zamanı qida rasionunun kaloriliyini artırmaq məqsədi daşıyıb.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью