Ən gənc namizəd də bələdiyyə üzvü SEÇİLDİ | Icma.az
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq. 29 yanvarda keçirilən bələdiyyə seçkilərində seçilən bələdiyyə üzvləri arasında ən gənci
O, ötən gün baş tutan bələdiyyə seçkilərində Masallı bələdiyyəsinin üzvü seçilib. Modern.az Həsən Səlimovla həmsöhbət olub.
O bildirib ki, Ana Vətən Partiyasının Masallıda gənclər təşkilatının üzvüdür: “Əsasən orada fəaliyyət göstərirəm.
Partiyamızın sədri Fəzail Ağamalı gənclərə xüsusi diqqət ayırır və onları önə çıxması üçün çalışır.
Bələdiyyə seçkilərində namizədliyimin irəli sürülməsi də elə bu səbəbdən irəli gəlir.
Mən bundan sonra da fəaliyyətimi orada da davam etdirəcəyəm”.
Gənc bələdiyyə üzvü bildirib ki, nəticələr açıqlandıqdan sonra partiya rəhbərliyi ilə danışıqları olub: “Rəhbərlik mənimlə əlaqə saxlayıb təbriklərini və tapşırıqlarını bildirdilər.
Fəzail Ağamalı ilə də görüşümüz olacaq, orada da müəyyən məsələlər danışılacaq.
Tam oxu
Xəbəri oxu