Ən gözəl ehsan dua, Quran oxumaq, sədəqə vermək və mərhumun adını yaşadacaq faydalı işlər …
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir. “Əslində ölən şəxsə fayda verən şey, onun üçün edilən duadır, sədəqədir, xeyirli
Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı Əkrəm Həsənov açıqlamasında bildirib.
İlahiyyatçı İslam dini peyğəmbərindən sitat gətirərək bildirib: “Rəsulullah (s) buyurur: “Adəm oğlu öldükdə əməlləri kəsilər.
Yalnız üç şey istisnadır: sədəqeyi-cariyə, faydalı elm və dua edən saleh övlad”. (Müslim, Vəsiyyə 14)”.Bəs ölü üçün ehsan vermək vacibdirmi?
İlahiyyatçı qeyd edib ki, – Ehsan vermək şəriət baxımından vacib deyil.
– Yas sahibinin ehsan verməsi deyil, əksinə ona ehsan olunması təşviq edilib.
– Yemək vermək israfa, riyakarlığa, maddi əziyyətə səbəb olursa, bu işin tərk olunması dinin məqsədinə uyğundur.
– Ehsan adıyla keçirilən yas məclisləri çox vaxt əsas mənadan uzaqlaşır.
Tam oxu
Xəbəri oxu