Ən güclü Android telefonlar bəlli oldu: Zirvədəki modellər

06.10.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məşhur performans test platforması AnTuTu 2026-cı ilin sentyabr ayında ən yüksək nəticə göstərən Android smartfon və planşet modellərinin reytinqini açıqlayıb.

Lent.az xəbər verir ki, flaqman smartfonlar və planşetlər ayrıca siyahılarda qiymətləndirilib.

Flaqman smartfonlar arasında “REDMAGIC 11S Pro+” 4118689 xalla birinci olub.

Onu cəmi 111 xal fərqlə “iQOO 15 Ultra” (4118578 xal) izləyib. Üçüncü yeri isə 4049580 xalla “REDMAGIC 11 Pro+” tutub.

İlk 10-luqda “iQOO 15”, peyk rabitəsini dəstəkləyən VİVO X300 Ultra, Realme GT8 Pro, HONOR “WIN”, REDMI K100 Pro Max, OPPO Find X9 Ultra və HONOR “Magic 8” də yer alıb.

Diqqətçəkən məqam odur ki, reytinqdə ilk 10 pillədə qərarlaşan bütün smartfonlar Snapdragon 8 Elite Gen 5 prosessor platformasından istifadə edir.

Ən güclü 10 Android telefonun tam siyahısı:

REDMAGIC 11S Pro+ - 4118689 xal

iQOO 15 Ultra - 4118578 xal

REDMAGIC 11 Pro+ - 4049580 xal

iQOO 15 - 4047631 xal

Vivo X300 Ultra (Peyk rabitəsi versiyası) - 3984744 xal

Realme GT8 Pro - 3966847 xal

HONOR “WIN” - 3936207 xal

REDMI K100 Pro Max - 3887994 xal

OPPO Find X9 Ultra - 3873593 xal

HONOR “Magic 8” - 3820663 xal.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью