Ən güclü güləşçilər müəyyənləşəcək İdman və Biz

25.12.2024

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Güləş üzrə Azərbaycan çempionatına davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə daha 5 çəkidə mükafatçılar müəyyənləşəcək.

Bu gün 60 kq, 67 kq, 77 kq, 87 kq və 130 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Bununla da “klassiklər”in mübarizəsinə yekun vurulacaq.

Bakı İdman Sarayında təşkil olunan çempionatda ilkin mərhələlərin görüşləri saat 10:00-da başlayıb. Medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək.

Qeyd edək ki, dekabrın 27-dək davam edəcək ölkə çempionatında medal qazanan pəhləvanlar milli komandaların tərkibinə cəlb olunacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью