Ən güclü külək bu rayonlarda əsir FAKTİKİ HAVA

05.11.2024

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Küləkli hava şəraiti haqqında faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, noyabrın 5-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Balakəndə 28 m/s, Mingəçevir, Şəkidə 25 m/s, İsmayıllı, Tərtər, Göyçayda 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə, Bakıda və Abşeron yarımadasında 20 m/s , eyni zamanda Neftçalada 20 m/s, Lerik, Ağdam, Zaqatalada 18 m/s, Ceyrançöldə 16 m/s təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью