Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Londonun “The Savoy” otelində qeyri-adi görüş baş tutub.
Dünyanın ən qısa qadını, hindistanlı 30 yaşlı Cyoti Amge (boyu 63 sm) ilk dəfə planetin ən uzun qadını Rumeysa Gelgin ilə görüşüb.
Sfera.az bildirir ki, görüş Ginnesin Rekordlar Kitabının 70 illik yubileyinə həsr olunub.
Bir stəkan çay süfrəsi arxasında söhbət zamanı qadınlar özünəməxsus fiziki xüsusiyyətləri ilə yaşamaq təcrübələrini bölüşüblər.
Qeyd edək ki, Aktrisa Cyoti cırtdanlığın bir forması olan axondroplaziya xəstəliyindən əziyyət çəkir.
Axondroplaziya normal bədən uzunluğu ilə birlikdə qısaldılmış əzalarla xarakterizə olunan genetik bir xəstəlikdir.
Veb-dizayner Rumeysa isə böyümənin sürətlənməsinə və skelet deformasiyalarına səbəb olan Weaver (Uiver) sindromuna malikdir.
Hər iki qadın yeni Ginnesin Rekordlar Kitabının İkonlar bölməsinə daxil edilib.