Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Səhər yeməyi süfrələrini sadəlikdən çıxarıb ləzzət bayramına çevirməyin sirri əslində tamamilə souslarda gizlidir. Balkan mətbəxinin ən ləzzətli səhər yeməliklərindən biri qızarmış çörəklə xüsusilə yaxşı uyğunlaşır. Praktik şəkildə dadlı bir məzə hazırlamaq istəyənlər üçün bu resept uyğun seçim hesab olunur.
Demokrat.az xəbər verir ki, səhər yeməyi üçün sous kimi tanınan acuka zəngin ədviyyatları və ləzzətli dadı ilə süfrələrin vazkeçilməz əlavələrindən biridir. Xüsusilə yay aylarında bir çox insan yüngül qəlyanaltılara üstünlük verdiyi üçün bu məzə daha çox seçilir. Aşağıda acukanın hazırlanma qaydası addım-addım təqdim olunur.
Tərkibi
* 2 xörək qaşığı pomidor tomatı
* 2 xörək qaşığı bibər tomatı
* 4 diş sarımsaq
* 1,5 stəkan incə doğranmış qoz
* yarım stəkan üyüdülmüş suxarı
* yarım çay stəkanı zeytun yağı
* duz, qara istiot, pul bibər, kimyon, kəklikotu, quru reyhan
Əvvəlcə böyük bir qab götürülür. Bibər və pomidor tomatı əlavə edilir, üzərinə 1,5 stəkan incə doğranmış qoz qatılır. Daha sonra 4 diş sarımsaq rəndələnərək qarışıma əlavə olunur. Ardınca zeytun yağı, suxarı və ədviyyatlar da qarışığa əlavə edilir.
Bütün inqrediyentlər krem halına gələnə qədər qarışdırılır. Hazırlanan qarışıq dərhal sous kimi servis edilə bilər. İstəyə görə səhər yeməyində və ya müxtəlif yeməklərin yanında əlavə sous kimi təqdim oluna bilər.
Yay aylarında istehlak etmək istəyənlər hazırladıqları sousu bir müddət soyuducuda saxlayaraq daha təravətli şəkildə istifadə edə bilərlər. Qalan acuka şüşə bankaya doldurularaq üzərinə zeytun yağı əlavə edilməklə qorunur və bu formada daha uzun müddət saxlanıla bilər.
Acuka yalnız səhər yeməklərində deyil, makaronların yanında da istifadə oluna bilər. Klassik pomidor sousu əvəzinə ədviyyatlı acuka əlavə edildikdə yeməyə fərqli və zəngin dad qatır.
İstəyə görə reseptə qırmızı közlənmiş bibər də əlavə edilə bilər. Bibərlər hazır şəkildə alınaraq və ya evdə közlənərək blenderdən keçirilə bilər. Daha iri tekstura istəyənlər bibəri bıçaqla doğrayaraq da qarışıma əlavə edə bilərlər.
Jalə
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, səhər yeməyi üçün sous kimi tanınan acuka zəngin ədviyyatları və ləzzətli dadı ilə süfrələrin vazkeçilməz əlavələrindən biridir. Xüsusilə yay aylarında bir çox insan yüngül qəlyanaltılara üstünlük verdiyi üçün bu məzə daha çox seçilir. Aşağıda acukanın hazırlanma qaydası addım-addım təqdim olunur.