Ən maraqlı yeddi körpü | Icma.az
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İncəsənətlə mühəndisliyin kəsişdiyi ortaq bir nöqtədə insan zəkasının möhtəşəm nümunələri yaranır.
Müasir körpülər artıq sadəcə nəqliyyat vasitəsi üçün yox, həm də yaradıcılığın və texniki mükəmməlliyin rəmzidir.Reyting.az xəbər verir ki, Fransada inşa edilmiş, "Miyo viyaduku" adı ilə tanınan, hündürlüyü 343 metr olan, məşhur Eyfel qülləsini geridə qoyan bu nəhəng körpü aerodinamik formada tikilib və 250 km/saat küləyə tab gətirir.
Körpünün tikintisinə üç il sərf olunub və inşaata 394 milyon avro xərclənib.
Sinqapurda tikilmiş "Henderson Dalğası" körpüsü isə 274 metrdir.
Bu körpü riyazi alqoritmlərin əsasında layihələndirilib və gecələr "LED" işıqları ilə parlayan taxtalı möhtəşəm "dalğa" Sinqapurun rəqəmsal memarlığını simvoluna çevrilib.
"Rolling Bridge" (London) adlanan körpü isə 12 metr uzunluğundadır. Bu körpü qatlanaraq səkkizbucaqlı formaya düşür.
Hər cümə günü yerlilər, xarici ziyarətçilər onun "canlanmasını" izləyirlər.Böyük Britaniyada digər qeyri-adi ikinci körpü isə Nyukaslda yerləşir.
Tam oxu
Xəbəri oxu