Ən məşhur Tesla avtomobili Xiaomi səbəbiylə uğursuz olacaq..? | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
...Yerli avtomobil istehsalçılarının uğuru sayəsində Tesla Çində əhəmiyyətli bazar payını itirə bilər.
SİA-nın məlumatına görə, bu barədə avtomobil eksperti Endryu Ceyn Xokins “The Verge” üçün köşə yazısında bildirib.
Müəllif qeyd edib ki, Tesla hazırda Çində ən mühüm bazarlarından biri olan məşhur Model Y krossoverini uğurla satır.
Bununla belə, İlon Maskın şirkətinin üstünlüyü yerli avtomobil istehsalçılarının təzyiqi ilə sona çata bilər.
Endryu Ceyn Xokins qeyd edib ki, Xiaomi bu yaxınlarda Teslanın Model Y-yə birbaşa rəqib adlandırdığı YU7 şəhər yolsuzluq avtomobilini təqdim edib.
Ekspertin fikrincə, YU7 Tesla elektromobilindən daha zərif görünüşə malikdir, maksimum sürət baxımından onunla müqayisə oluna bilər, lakin məsafə baxımından qalib gəlir.
Bu baxımdan ekspert Teslanın uğursuzluğa hazırlaşmalı olduğunu proqnozlaşdırıb.
Tam oxu
Xəbəri oxu