En Nesiri Fənərbaxça nı tərk edir:RAZILIQ ƏLDƏ OLUNDU

02.02.2026

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqasında mübarizə aparan "Fənərbaxça"da ayrılıq yaşanacaq.

Apasport.az xəbər verir ki, Yusuf En-Nesiri komandanı tərk edəcək.

Bu barədə insayder Yağız Sabuncuoğlu paylaşım edib.

Onun sözlərinə görə, futbolçu "Əl-İttihad"a transfer olunacaq. Bildirilib ki, tərəflər müqavilənin şərtlərində razılığa gəliblər.

Keçidin rəsmiləşməsi üçün Səudiyyə Pro Liqasının transferə icazə verməsi gözlənilir.
İcazə veriləndən sonra barter kimi "Əl-İttihad"dan Nqolo Kante də Türkiyə klubuna qoşulacaq. Klublararası anlaşmaya görə, En-Nesiri "Əl-İttihad"a keçəcək, "Fənərbaxça" isə qarşılığında Nqolo Kanteni heyətinə qatacaq və müəyyən məbləğdə transfer məbləği qazanacaq.

Qeyd edək ki, mərakeşlı futbolçu "Fənərbaxça"ya 2024-cü ilin yayında qoşulub. Onun "sarı-lacivərdlilər"lə sözləşməsi 2029-cu ilin iyuluna qədərdir.

Livakoviç yenidən “Dinamo”da - RƏSMİ “Espanyol”da yeni hücumçu "Yuventus" azarkeşlərin döydüyü futbolçunu transfer edir - ARTIQ TURİNDƏDİR Hansı matç, hansı kanalda? - TV AFİŞA Fransa millisinin üzvü daha 5 il “Milan”da - RƏSMİ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью