Icma.az bildirir, Apasport portalına istinadən.
“Fənərbaxça”nın futbolçusu Yusif En-Nesri karyerasını İtaliyada davam etdirməyə çox yaxındır.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” 28 yaşlı forvardın transferi ilə bağlı “Yuventus”la razılıq əldə edib.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Razılaşmaya əsasən, Turin təmsilçisi mərakeşli hücumçu üçün 5 milyon avro icarə haqqı ödəyəcək. Müqavilədə həmçinin 19+3 milyon avro məbləğində satınalma bəndi də yer alıb.
Qeyd edək ki, En-Nesri bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 25 rəsmi oyunda 8 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Barselona”da itki: Zədədən qayıtdı, yenə sıradan çıxdı Edin Ceko "Şalke"də - Rəsmi “Aston Villa”nın 5 oyunçusu “Fənər"lə oyunu buraxacaq ÇL: Levandovski tarixə düşüb "Barselona"dan antirekord