En Nesri “Fənər”in tarixinə düşdü

03.03.2025

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqasının XXVI turu çərçivəsində "Fənərbaxça" "Antalyaspor"u 3 cavabsız qolla məğlub edib.

Apasport.az xəbər verir ki, sonuncu qolu "sarı-lacivərdlilər"in heyətində mərakeşli forvard Yusif En-Nesri vurub.

Ardıcıl 6 ev matçında fərqlənən forvard bu nəticə ilə İstanbul təmsilçisinin tarixinə düşüb.

Xatırladaq ki, sonuncu dəfə bu seriyanı "Fənər"in ulduz futbolçusu Aleks De Souza 19 il (2006) əvvəl bacarmışdı.

Qeyd edək ki, Yusif bu mövsüm Super Liqa təmsilçisinin heyətində çıxış etdiyi 39 rəsmi qarşılaşmada 26 qol, 5 assistlə yadda qalıb.

“Real”da yeni müqavilə "Arsenal" Şeşko transferində israrlıdır "Barselona"dan Rafinya qərarı “Beşiktaş”ın yeni transfer hədəfi Vinisius “300”ə çatdı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью