En Nesridən Əl İttihad da kabus kimi debüt: Sıfır effekt

07.02.2026

Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Fənərbağça"dan Səudiyyə Ərəbistanının "Əl- İttihad" klubuna transfer olan Yusuf En-Nesri yeni komandasında ilk rəsmi matçına çıxıb.

Fanat.Az xəbər verir ki, mərakeşli hücumçunun "Əl- Nəsr"lə matçda debüt performansı azarkeşlər və mütəxəssislər tərəfindən ciddi tənqidlərlə qarşılanıb.

Meydanda olduğu müddət ərzində qol vura bilməyən forvard, həmçinin rəqib qapısına bir dənə də olsun zərbə endirməyib. Statistik göstəricilərə görə, En-Nesri matçı "0.00" qol gözləntisi (xG) ilə tamamlayıb.

İkili mübarizələrin yalnız 13-dən 4-də qalib gələn futbolçu, hava toplarında da zəif təsir bağışlayaraq 7 cəhddən yalnız 2-də uğurlu olub. Səudiyyə təmsilçisinin böyük ümidlərlə heyətinə qatdığı ulduzun bu sönük çıxışı klubdakı gələcəyi ilə bağlı ilk sualları ortaya çıxarıb.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью