Ən pis vərdişimdən xilas oldum

01.01.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Rusiyada məşhurlaşan Hüseyn Həsənov ən pis vərdişindən xilas olduğunu açıqlayıb. 

Axşam.az xəbər verir ki, bu haqda video yayımlayan Hüseyn qəlyan aludəçiliyi olduğunu və son 44 gündə ondan qurtulduğunu bildirib. 

"Uzun müddət qəlyan çəkirdim. 44 gündür ki, bu pis vərdişimdən xilas olmuşam. Nikotinə son. Qəlyan olan məkanlara getməyi buraxdım. Yutubda bunu necə tərgidə biləcəyimlə bağlı videolar izlədim. Kitab oxudum. 1 yanvardan siz də bundan xilas olun" deyə, bloger paylaşımında deyib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью