Ən qoca 2 futbolçu Birinin 57, digərinin 62 yaşı var

14.11.2024

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aktiv futbol fəaliyyətini davam etdirən ən yaşlı futbolçular məlum olub.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, yaşına baxmayaraq, 57 yaşlı Kazuyosi Miura və 62 yaşlı Robert Karmona hələ də karyeralarını davam etdirir.

1967-ci il təvəllüdlü yapon hücumçu Miura ölkəsinin 4-cü liqasında mübarizə aparan “Atletiko Suzuka” komandasında çıxış edir. Hələ də qocalmaq bilməyən bir digər futbolçu isə uruqvaylı mərkəz müdafiəçisi Robert Karmonadır. O, 1962-ci ildə Montevideo şəhərində anadan olub.  Hazırda Uruqvayın 4-cü diviziyasının “Qol la Vida” klubunun kapitanıdır.

Hər iki futbolçu rəsmi olaraq “peşəkar” statusda çıxış edirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью