Ən rekord şaxta: Bu tarixdə qeydə alınıb

21.02.2025

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son 40 il ərzində fevral ayında ən aşaĝı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı  hava şəraiti 13 gün davam edib. 

Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə  olub, bununla da 1969-cu ilin  9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub.

“Sonraki illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5, 2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və  Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3   gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”. 

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью