Ən sağlam fast food növləri açıqlandı

12.11.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fast-food"un bəzi növləri sağlam qəlyanaltı ola bilər.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə dietoloq İrina Pisareva açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, yolda yemək lazım olanda lavaş, sendviç və şaurma yaxşı seçimdir. Əsas məsələ onların tərkibidir.

Toyuq, hinduşka və ya balıq, bol tərəvəzdən ibarət lavaş və sendviçlər sağlam qida sayılır. Yağlı sous əvəzinə qatıq əsaslı yüngül sous seçmək məsləhətdir.

Şaurmanın içində təzə tərəvəz, yağsız ət varsa və çox souslu deyilsə, balanslı yemək ola bilər.

Hətta burgeri belə daha yüngül etmək olar. Bunun üçün tərəvəzli kotlet seçmək, yağlı sousu azaltmaq və ya çörəksiz yemək məqsədəuyğundur.

Dietoloq çox yağlı və acı qidalardan uzaq durmağı və qidaların təzəliyinə diqqət etməyi tövsiyə edib.

Gülşən Şərif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью