Ən təhlükəli vulkan püskürə bilər Turistlərə xəbərdarlıq

20.05.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İndoneziya hakimiyyət orqanları Levotobi Laki-laki vulkanı üçün ən yüksək xəbərdarlıq səviyyəsini təyin edib. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın şərqindəki Flores adasında yerləşən vulkan mayın 18-də səkkiz dəfə püskürüb və 3-5,5 kilometr hündürlüklərə kül səpib.

Levotobi Laki-lakinin püskürmə ehtimalı hələ də yüksək olduğu üçün təhlükə səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.

Səlahiyyətlilər əhalini və turistləri Levotobi Laki-laki kraterinə altı kilometrdən daha yaxın yaxınlaşmamağa çağırıb. Bundan əlavə, şiddətli yağışlar başlayarsa, kraterdən ətraf əraziyə soyuq lava axını ola bilər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью