Ən ucuz çörək hansı ölkədədir?

16.10.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az dünya mediasına istinadən xəbər verir ki, mövcud olan son məlumatlara görə, araşdırma aparılan 200 ölkə və ərazi arasında 0,5 kq ağ buğda çörəyinin orta qiyməti 1,77 ABŞ dolları təşkil edib. Ən bahalı çörək – təxminən 9,6 dollar Cibutidə tapılıb. Bu ölkə ölkə ərzaq idxalından, o cümlədən buğdadan çox asılıdır.
Çörəyin ən bahalı olduğu ölkələr arasında Bermud adaları (8,7 dollar), Kayman adaları (6,4 dollar), Monako (5,4 dollar), Baham adaları (5,3 dollar), Konqo (5,1 dollar) da yer alıb. İlk “bahalı”onluqda Mərkəzi Afrika Respublikası (4,58 dollar), İslandiya (4,32 dollar), Lixtenşteyn (4,26 dollar) və Cənubi Afrika (4,23 dollar) da var.
Ən ucuz çörək Əlcəzairdədir: dövlət subsidiyaları sayəsində 0,5 kq ağ buğda çörəyinin orta qiyməti 0,17 ABŞ dolları civarındadır.
Çörəyin ucuzluğuna görə növbəti yerləri Tunis (0,19 dollar), Esvatini (0,21 dollar), Əfqanıstan (0,25 dollar) Liviya (0,29 dollar), Çad (0,36 dollar), Özbəkistan (0,4 dollar), Qırğızıstan (0,44 dollar) və Qazaxıstan (0,45 dollar) tuturlar.
Çörəyin ən ucuz olduğu ilk onluğu təxminən 0,47 dollar qiyməti ilə Azərbaycan tamamlayır.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью