Ən ucuz elektromobillər: 3 mindən 600 minə..

07.04.2025

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin yanvar ayında Azərbaycana 6 mln. 588.14 min ABŞ dolları dəyərində 139 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub. 

Milli.Az xəbər verir ki, idxal olunan elektromobillərin 1 ədədinin gömrük dəyəri təxminən 80 574 manat olub. 

Məlumata əsasən idxalın əsas hissəsi Çin, ABŞ və Almaniyadan təmin olunub. Belə ki, cari ilin ilk ayında Çindən 75 ədəd, ABŞ-dən 32 ədəd, Almaniyadan isə 25 ədəd elektromobil idxal olunub. 

Koreya Respublikası və Yaponiyanın hər birindən 2 ədəd, Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı, Türkiyə və Avstriyanın hər birindən 1 ədəd idxal həyata keçirilib. 

Qeyd edək ki, Çindən idxal olunan avtomobillərin 1 ədədinin gömrük dəyəri təxminən 50 611 manat, ABŞ və Almaniyadan idxal olunan elektromobillərin 1 ədədinin gömrük dəyəri müvafiq olaraq 28 871 manat və 216 827 manat olub. 

Koreya Respublikasından gətirilənin 1 ədədi 33 150 manata, Yaponiyadan gətirilənin 1 ədədi isə 31 365 manata başa gəlib. 

Yuxarıda qeyd olunduğu kimi hər birindən 1 ədəd olmaqla Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığından 672 384 manata, Türkiyədən 3468 manata və Avstriyadan isə 254 473 manata elektromobil idxalı olub.

Ölkə miqdarı  1 ədədinin orta qiyməti  Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı 1 672 384 AZN   Avstriya 1  254 473 AZN   Almaniya 25 216 827 AZN   Çin 75 50 611 AZN   Koreya Respublikası 2 33 150 AZN   Yaponiya 2 31 365 AZN   Amerika Birləşmiş Ştatları 32 28 871   Türkiyə 1 3468 AZN
 

Sözügedən dövrdə Azərbaycandan ixrac isə Belarus (6 ədəd), BƏƏ (1 ədəd) və Gürcüstana (2 ədəd) olub. Belə ki, Belarusa ixrac olunanın 1 ədədi 79 333 manat, Gürcüstana ixracın 1 ədədi 76 500 manat olub. 

BƏƏ-yə ixrac olunan 1 avtomobil isə qarşı tərəfə 281 962 manata başa gəlib.//valyuta.az

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью