Ən ucuz iPhone ni almağa dəyər?

11.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"iPhone SE 3" modelinin 2026-cı ildə alınmasının məqsədəuyğun olub-olmadığını dəyərləndirilib.

Redaktor.az xəbər verir ki, dəyərləndirməni texnologiya portalı "BGR" edib. 

Məqalədə bildirilir ki, "iPhone SE 3" bazarda ən ucuz "iPhone" modellərindən biri olsa da, artıq köhnəlmiş hesab edilir. Jurnalistlərin fikrincə, cihaz klassik dizaynı sevən istifadəçilər, uşaqlar və yaşlı insanlar üçün uyğun ola bilər. Buna baxmayaraq, onlar 2022-ci ildə təqdim edilən modelin alınmasını tövsiyə etmirlər.

Müəlliflər qeyd edirlər ki, smartfonun batareyası bir günlük aktiv istifadə üçün kifayət etmir. Həmçinin cihazın cəmi 4 GB operativ yaddaşa malik olması səbəbindən tətbiqlərin işləməsində ləngimələr yarana bilər.

Bununla yanaşı, "iPhone SE 3"ün ən son "iOS 27" əməliyyat sistemini dəstəklədiyi və bir neçə il ərzində yeniləmələr almağa davam edəcəyi vurğulanır.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью