Ən ucuz kosmetik vasitə DİŞ MƏCUNU. Bilmədiyiniz faydalar | Icma.az
Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Diş məcunu tək dişlərin sağlamlığı və gözəlliyi üçün deyil, üz dərisi üçün də istifadə oluna bilər.
Diş məcunu dəriyə çox yaxşı antiseptik, ağardıcı və quruducu təsir edir, sızanaqları və civzələri yox edir, dərini tonuslaşdırır.
Saglamolun.az bildirir ki, kosmetik məqsədlərlə yalnız ağ rəngdə olan adi məcundan istifadə olunur.
Sızanaqlardan qurtulmaq üçün məcunu sızanaqların üzərində nöqtə şəklində çəkin və 30 dəqiqədən sonra yuyun. Bunu gündə bir neçə dəfə edin.
Sızanaqlar ağarır, quruyur və daha tez yox olur. Əgər üzünüzün böyük hissəsində səpgilər və sızanaqlar varsa, daha güclü vasitə hazırlayın.
1 həb aspirini əzin, bir az su əlavə edib qarışdırın, diş məcunu əlavə edin, yenə qarışdırın, dəriyə çəkin, 15 dəqiqə saxlayın və sonra yuyun.
Dərini ağartmaq məqsədi ilə məcunu limon şirəsi ilə qarışdırın (sıyıq kimi alınmalıdır), dəriyə çəkin, 15 dəqiqədən sonra yuyun.
Tam oxu
Xəbəri oxu