Ən uğurlu regional təhsil idarələri ADLAR

26.01.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

AzEdu.az Təhsil Portalı tərəfindən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən regional təhsil idarələri ilə bağlı keçirilən “Ən uğurlu regional təhsil idarəsi” adlı sorğu yekunlaşıb.

Modern.az xəbər verir ki, sorğunun əsas məqsədi ötən il ərzində təhsil sahəsində həyata keçirilmiş fəaliyyətlərə ictimai münasibəti öyrənmək, regional təhsil idarələrinin fəaliyyətinə cəmiyyətin baxışını əks etdirmək olub.

Şagirdlər, müəllimlər, valideynlər və digər təhsil ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən sorğuda respondentlər şəxsi müşahidə və təəssüratlarına əsaslanaraq seçim ediblər.

Sorğu müddətində onminlərlə iştirakçının səsi qeydə alınıb.

Nəticələrə əsasən, ən çox səs toplayan 3 Regional təhsil idarəsi qalib elan edilib.

Qaliblər:

1-ci yer: Dağlıq Şirvan Regional Təhsil İdarəsi- 28.2 % 

2-ci yer: Bakı Şəhəri üzrə Təhsil İdarəsi- 25.3 % 

3-cü yer: Şəki-Zaqatala Regional Təhsil İdarəsi- 17.3 % 

Sıralama belə davam edir:

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi- 16.7 %

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi- 5.24 %

Şirvan-Salyan Regional Təhsil İdarəsi - 3.38 %

Lənkəran-Astara Regional Təhsil İdarəsi - 0.94 %

Qarabağ Regional Təhsil İdarəsi - 0.74 %

Abşeron-Xızı Regional Təhsil İdarəsi - 0.46 %

Qazax-Tovuz Regional Təhsil İdarəsi - 0.44 %

Mərkəzi Aran Regional Təhsil İdarəsi - 0.42 %

Mil-Muğan Regional Təhsil İdarəsi - 0.35 %

Quba-Xaçmaz Regional Təhsil İdarəsi -0.31 %

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью