Ən uzun gecə...

20.12.2024

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ən uzun gün olduğu kimi, ən uzun gecə də var.

Və insanlar ən uzun gecədən ən uzun günü daha çox sevirlər. Çünki gün uzun olanda  ondan daha səmərəli istifadə etmək olur. Başqa sözlə demiş olsaq, ən uzun gündə insanlar  özlərini rahat hiss edir, asanlıqla çörəkpulu qazanırlar. Amma ən uzun gecənin də öz ləzzəti var. Həmin günü tənbəl insanlar yatmaqdan doymur, gecəni böyük sevinclə yaşayırlar. Ən uzun gecə dekabrın 22- si sayılır və həmin günü qış girir.

Düzü,,mənim qışdan zəhləm gedir. Üşüyən adam oduğuna görə, yaydan xoşum gəlir. Amma qışında öz gözəlliyi var. Xüsusən kənd yerində. Odun sobasının qarşısında oturub qızına  bayırda yağan qara baxırsan... Və kartofu dilimləyıb, sobanın üstünə düzürsən... Qıpqırmızı qızarır, yeyirsən ləzzət eləyir...

Bir sözlə, nolsun qışdan mənim xoşum gəlmir, xoşu gələnlər də  az deyil. Və hər fəslinin öz gözəlliyi var. Ən azından qışda qar yağanda hamı sevinir və  elə mən də  sevinirəm. Bax, ən uzun gecə də belə yadda qalır...

Emil Faiqoğlu       

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью