Ən varlı 10 müğənni SİYAHI

14.08.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Dünyanın ən varlı musiqiçilərinin siyahısı hazırlanıb.

Lent.az xarici mediaya istinadən ilk onluğa daxil olan sənətçilərin adlarını açıqlayır.

1. Jay-Z2,5 milyard dollar
Hip-hopun ilk milyarderi. Musiqidən kənarda alkoqol brendləri (Armand de Brignac, D’Ussé), Tidal platforması, Uber investisiyaları, moda (Rocawear), idman və texnologiya sahələrində uğurlu bizneslərə sahibdir.

2. Taylor Swift1,6 milyard dollar
Tamamilə musiqidən əldə olunan sərvət. Eras Tour tarixdə ilk dəfə 1 mlrd $ həddini keçən tur oldu. Albom satışı, merç, striminq gəlirləri və konsert filminin kassası kapitalı artırıb.

3. Rihanna1,4 milyard dollar
Fenty Beauty (LVMH ilə birlikdə) və Savage X Fenty markaları sayəsində milyarder olub. Musiqidə 14 №1 hit və 9 “Grammy” mükafatı var.

4. Selena Gomez1,3 milyard dollar
Rare Beauty kosmetika brendi ilə böyük uğur qazanıb. Musiqi karyerası və “Only Murders in the Building” serialı da gəlir gətirir.

5.Paul McCartney1,2–1,3 milyard dollar
The Beatles-dan sonrakı solo karyera, tur gəlirləri və mahnı hüquqları ilə milyarder olub.

6. Bruce Springsteen1 milyard dollar
2021-ci ildə musiqi kataloqunu Sony Music-ə 500 mln $-a satıb. Tur və digər layihələrdən gəlir əldə edir.

7. Madonna850 milyon dollar
300 mln-dan çox albom satışı, milyard dollardan çox gətirən turlar və biznes layihələri ilə zənginləşib.

8. Herb Alpert850 milyon dollar
Musiqiçi və A&M Records-un qurucusu. Şirkəti 1989-da 500 mln $-a satıb.

9. Dr. Dre850 milyon dollar
Beats Electronics-i Apple-a 3 mlrd $-a satışı ilə sərvət qazanıb. Həm də məşhur prodüser və reperdir.

10. Beyoncé760 milyon dollar
Renaissance World Tour-dan 579 mln $, 200 mln-dan çox albom satışı və 32 “Grammy” rekordu ilə tanınır. Ivy Park idman geyimləri xətti və digər biznes layihələri də var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью