Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.
“Ən yaxın dostumu itirdim” - Zamiq Azərdan yazdı
Müğənni Zamiq Hüseynov bu gün vəfat edən dostu, aktyor Azər Baxşəliyevdən yazıb.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda paylaşım edib:
“Nə yazım, nə deyim? Ən pozitiv insanı itirdik deyim? Ən yaxın dostumu itirdim deyim? Biz dünyanın ən gözəl insanını itirdik. Dilim gəlməsə də, deməyə, həyat belə vəfasızdır, məcbur edir, qardaş. Allah sənə rəhmət eləsin!”.