futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente Kral İspaniya Futbol Federasiyası (RFEF) ilə imzalanan və 2032-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə barədə fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, “Mundo Deportivo” nəşrinə açıqlama verən 64 yaşlı mütəxəssis federasiya rəhbərliyinə minnətdarlığını bildirib:
“Prezidentə, RFEF-ə, regional federasiyaların rəhbərlərinə, köhnə dostlarıma, direktorlar şurasına, media nümayəndələrinə, məşqçilər korpusuna və federasiyadakı bütün həmkarlarıma təşəkkürümü bildirirəm.
Biz daim inkişaf etməli və yeni qələbələr uğrunda mübarizəni davam etdirməliyik. Zirvəyə və zəfərlərə öyrəşmək mümkün deyil. Əsl uğur yüksək rəqabəti təmin etməkdir və buna nail olmuşuq. Əldə etdiklərimizlə kifayətlənməyəcəyik. İnanın ki, ən yaxşı anlar hələ qabaqdadır. Gələcəyə addımlamağın ən doğru yolu budur”.
RFEF sentyabrın 21-də təcrübəli çalışdırıcı ilə 2032-ci ilə qədər yeni müqavilə imzalandığını açıqlayıb.