Ən yaxşı baş məşqçisi mükafatına 5 namizəd

15.05.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İngiltərə Premyer Liqası 2024/2025-ci ilin ən yaxşı baş məşqçisi mükafatına namizədlərin siyahısını dərc edilib.

İdman.biz xəbər verir ki, qurumun sosial şəbəkə səhifəsində 5 mütəxəssisin adı yer alıb.

Azarkeşlər Arne Slot ("Liverpul"), Eddi Hou ("Nyukasl"), Nuno Espirito Santo ("Nottingem Forest"), Tomas Frank ("Brentford") və Vitor Pereyra ("Vulverhempton") arasında seçim aparacaqlar. Səsvermə mayın 19-dək davam edəcək.

Qeyd edək ki, ötən mövsüm bu mükafatı “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qazanmışdı.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью