Ən yaxşı milli komandalar açıqlanıb

18.11.2024

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbol tarixinin ən yaxşı milli komandaları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahını "GiveMeSport" portalı tərtib edib.

2008-2012-ci illər aralığında iki dəfə Avropa və bir dəfə dünya çempionu olan İspaniya yığması ilk pillədə qərarlaşıb.

1994-2002-ci illərdə iki dünya çempionluğuna və eyni sayda Amerika Kubokuna sahib çıxan Braziliya seçməsi ikinci olub.

1950-1956-cı illər ərzində Ferents Puşkaşın da heyətində yer aldığı Macarıstan komandası (1954-cü il, dünya ikincisi) "üçlüy"ü qapayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью